EN

Azərbaycan Kubokunun tarixində 3-cü dəfə – 18 il sonra! – ARENA.AZ

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları meydana çıxan 4 komandadan üçünün 2 qol vurması ilə yadda qalıb.

Arena.az xəbər verir ki, “Qarabağ” – “Sabah” qarşılaşmasında (2:2) hər iki komanda, “Turan Tovuz” – “Ziirə” matçında (0:2) qonaqlar iki dəfə fərqləniblər.

Ölkə kuboku tarixində 3-cü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/2008-ci illər mövsümündə “Qəbələ” – “Xəzər-Lənkəran” (1:3) və “Neftçi” – “İnter” (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.

1994/1995-ci illər mövsümündə də oxşar hadisə yaşanıb. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.

Ümumilikdə isə 2 görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. Yarımfinalın ilk oyunlarında Azərbaycan kuboku tarixində 9-cu dəfə bu rəqəm 3 və ya daha yüksək olub.

Azərbaycan Kubokunun mütləq rekordu 1994/1995-ci illər mövsümünə məxsusdur. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/2008 və 2008/2009-cu ullər mövsümlərində 8, 2023/2024 mövsümündə 7 qol qeydə alınıb. 1997/1998, 2015/2016, 2016/2017 və 2022/2023-cü illər mövsümlərində isə indiki kimi ilk oyunlar 6 qolla yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
14
38
arena.az

10Sources