EN

Budapeştdə “Citadella” yenidən açılır: Macarıstan mediası mədəni layihəni diqqət mərkəzinə çıxarır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Budapeşt, 4 aprel, AZƏRTAC

Macarıstan mediası Budapeştdə yerləşən “Citadella” kompleksinin Pasxa bayramı ərəfəsində yenidən açılmasını ölkənin mühüm mədəni hadisələrindən biri kimi qiymətləndirir.

“Citadella” ilə bağlı yayımlanan materiallarda, o cümlədən Index.hu portalında bildirilir ki, uzunmüddətli bərpa işlərindən sonra obyekt aprelin 5-də ziyarətçilərin üzünə açılacaq. Açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban çıxış edəcək.

Məlumata görə, yenidənqurma layihəsi çərçivəsində tarixi qala kompleksində genişmiqyaslı dəyişikliklər həyata keçirilib. Yeni girişlər, liftlər və əlçatanlıq imkanları yaradılıb, daxili həyət isə yaşıllıq zonası və ictimai məkan kimi yenidən qurulub. Bundan əlavə, 1700 kvadratmetrdən artıq sahəni əhatə edən ekspozisiya zonasında Macarıstanın azadlıq mübarizəsinə həsr olunmuş daimi sərgi təşkil olunub.

Vurğulanır ki, layihənin əsas ideyalarından biri qalanı həm fiziki, həm də simvolik baxımdan açmaq, onu şəhər sakinləri və turistlər üçün canlı ictimai məkana çevirməkdir.

Macarıstanın “DunaTV” telekanalı da bu hadisəni geniş işıqlandıraraq, açılışın iki günlük proqramla müşayiət olunacağını qeyd edir. Proqrama ailəvi tədbirlər, musiqi çıxışları və müxtəlif mədəni fəaliyyətlər daxildir.

Yerli medianın ümumi qənaətinə görə, “Citadella”nın yenidən istifadəyə verilməsi yalnız tarixi abidənin bərpası deyil, həm də Budapeştin mədəni həyatına yeni impuls verən strateji layihədir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
50
azertag.az

10Sources