EN

Şimal bölgəsinin media nümayəndələri “Mediada Azərbaycan dili” təlimlərinə cəlb olundu

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlim Qubada keçirilib.

Publika.az xəbər verir ki, tədbir Quba-Xaçmaz regionu üzrə media qurumlarının və dövlət strukturlarının mətbuat xidmətlərinin iştirakı ilə təşkil edilib.

Təlimin əsas məqsədi medianın ana dilinin qorunmasındakı rolunu, bu sahədə yanaşmaları və inkişaf istiqamətlərini müzakirə etmək, mövcud problemləri araşdıraraq üzə çıxarmaq olub.

Tədbirdə efir estetikası üzrə mütəxəssis Mümtaz Xəlilzadə, Teleradio Akademiyasının direktoru Almaz Nəsibova çıxış edərək proqramın başlıca məqsədinin Azərbaycan dilinin qorunması olduğunu vurğulayıblar.

Bildirilib ki, təlimlərin sonunda aparılan monitorinqin nəticələrinə əsasən müəyyən tədbir həyata keçiriləcək.

Chosen
12
50
publika.az

10Sources