EN

Yağıntılı hava bu tarixədək davam edəcək

Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin aprelin 6-sı axşamadək fasilə ilə davam edəcəyi gözlənilir.


Bu barədə məlumatı Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək:

"Havanın maksimal temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq ərazilərdə qar yağır. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Yağıntılı hava şəraiti aprelin 7-si gündüzədək davam edəcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var".

Chosen
6
50
manset.az

10Sources