EN

Ermənistanın hakim partiyası Paşinyanı baş nazirliyə namizəd kimi təsdiqləyib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi” 7 iyun parlament seçkilərində Nikol Paşinyanı baş nazir postuna namizəd kimi rəsmi olaraq təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, partiyanın idarə heyətinin sədr müavini, iqtisadiyyat naziri Gevork Papoyanın açıqladığına görə, açıq səsvermədən sonra qərar yekdilliklə qəbul edilib.

Seçkilər öncəsi baş nazir Paşinyan partiyanın proporsional siyahısını açıqlayıb. Siyahıda 283 namizəd yer alır və ilk sırada Paşinyan yer alıb. İkinci sırada xarici işlər naziri Ararat Mirzoyan, ilk onluqda isə digər dörd nazir, o cümlədən iki qadın – səhiyyə naziri Anait Avanesyan (üçüncü sırada) və ədliyyə naziri Srbuhi Qalyan (beşinci sırada) yer alıb.

Həmçinin, “Vətəndaş Müqaviləsi” milli azlıqlar üzrə namizədlərin siyahısını da təqdim edib: yezidi və kürd icmalarından hərəsindən iki namizəd, rus və assuri icmalarından isə hərəsindən üç namizəd var.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
bizimyol.info

10Sources