EN

Fernandes bu açıqlaması ilə xətti keçib Rosenyor Çelsi dən kənarlaşdırılan argentinalıdan danışdı

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Çelsi"nin baş məşqçisi Liam Rosenyor mətbuata verdiyi müsahibədə karyerasını "Real Madrid"də davam etdirmək variantını nəzərdən keçirməyə hazır olduğunu bildirən və bu səbəbdən "zadəganlar"ın heyətindən kənarlaşdırılan argentinalı yarımmüdafiəçi Entso Fernandesdən danışıb. 

Fanat.Az-ın məlumatına görə, onun sözlərini London təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Entso ilə təxminən 1 saat əvvəl danışmışam. O, sabah Mançester Siti"yə qarşı oyunu kənardan izləyəcək. Fernandesin verdiyi müsahibə məni çox məyus etdi. Belə sözlər demək olmaz. Mənim onunla bir insan və şəxsiyyət kimi problemim yoxdu. Amma Fernandes xətti keçib. Sanksiya tətbiq etməyi uyğun saydıq. Bunu da vurğulayım ki, Entsonun geriyə yolu bağlanmayıb, daxili intizam qaydalarını pozduğu üçün cəzalandırılıb. Pərişanlığının səbəbini bilirəm. Bu mövsüm "Çelsi"də uğur qazanmaq istəyirdi. 

Gələcəyi necə olacaq? Onun əvəzinə danışa bilmərəm". 

Xatırladaq ki, Fernandes "Çelsi"dən iki oyunluq uzaqlaşdırılıb.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
10
fanat.az

10Sources