EN

Qadın voleybolçular arasında Yüksək Liqada yarımfinal təqvimi bəlli olub

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi aprelin 8-də başlayacaq.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə saat 16:00-da “Gəncə” “Turan”la qarşılaşacaq.

Ardınca, saat 18:00-da “Milli Aviasiya Akademiyası” ilə “DH Volley” üz-üzə gələcək. Tərəflər arasında ikinci görüşlər aprelin 11 və 13-də baş tutacaq.

Yarımfinalın üç oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. “Turan” - “Gəncə” matçı isə aprelin 11-də, Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal qarşılaşmaları ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki matçın yekununda qələbə sayı bərabər olarsa, qalib “qızıl set” vasitəsilə müəyyənləşəcək.

Bürünc və qızıl medallar uğrunda oyunlar isə yalnız bir qarşılaşmadan ibarət olacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
10
icma.az

9Sources