EN

Azərbaycan XİN çağırış etdi

Azərbaycan XİN çağırış etdi

“4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan minaların ağır humanitar təsirinin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiq edir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşılan bəyanatda deyilir.

“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmağa, yenidənqurmanı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olmağa davam edir. Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalmaqda davam edir”, - paylaşımda qeyd olunub.

XİN həmçinin beynəlxalq birliyə müraciət ünvanlayıb: “Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərinə və zərərçəkənlərə yardım göstərilməsinə dəstəyi gücləndirməyə çağırırq. Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir”.

Chosen
3
5
afn.az

7Sources