EN

ABŞ-də siyasi böhran dərinləşir: Tramp iki naziri vəzifədən azad edib

ABŞ üçün İranla davam edən müharibə fonunda vəziyyətin mürəkkəbləşdiyi bildirilir. Gözləniləndən uzun çəkən qarşıdurma həm maliyyə baxımından ağırlaşır, həm də ölkə daxilində siyasi təzyiqləri artırır.

Artan narazılıqlar fonunda Prezident Donald Tramp hökumətdə ciddi dəyişikliklərə gedib. O, Daxili Təhlükəsizlik naziri Kristi Noem və Ədliyyə naziri Pam Bondini vəzifədən azad edib.

Noem, rəhbərlik etdiyi miqrasiya xidməti əməkdaşlarının ABŞ vətəndaşlarına qarşı sərt müdaxilələri səbəbilə tənqid olunurdu. Bondi isə Epşteyn işi ilə bağlı dosyaya yanaşmasına görə ictimai narazılıqla üzləşmişdi.

ABŞ mediası hökumətdə növbəti dəyişikliklərin də mümkün olduğunu yazır. İddialara görə, növbəti hədəf müdafiə naziri Pit Heqset ola bilər.

“New York Post”a danışan mənbələr bildirir ki, Quru Qoşunları komandanı Rendi Corcun dərhal təqaüdə göndərilməsi qərarından sonra Heqset ətrafında müzakirələr daha da intensivləşib. Mənbələrin sözlərinə görə, Heqset ilə Quru Qoşunları katibi Driskoll arasında ciddi fikir ayrılığı mövcuddur.

İddialara əsasən, Heqset Driskollu vəzifədən uzaqlaşdırmaq istəsə də, Ağ Ev tərəfindən buna hələlik icazə verilməyib. Eyni zamanda qeyd olunur ki, Heqset öz postunu itirmək ehtimalından narahatdır və onu əvəz edə biləcək əsas namizədin məhz Driskoll olduğunu düşünür.

Diqqət çəkən digər məqam isə Driskollun vitse-prezident Cey Di Vens ilə yaxın münasibətləridir. Bu amil onun mümkün namizəd kimi önə çıxmasını daha da gücləndirir.

Chosen
11
50
aznews.az

10Sources