EN

İstanbulda ilk: Azərbaycan vətəndaşları üçün səyyar xidmət böyük maraq doğurdu

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Baş Konsulluğunda 3-5 Aprel tarıxlərində Səyyar Asan Xidmət, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Pespublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunan Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədilə qəbul keçirilir. 

Qəbul zamanı 3 gün ərzində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün 651, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün isə 153 nəfərin qəbuluna şərait yaradılıb. 

"Şərq" qəzetinə açıqıamasında İstanbul Baş Konsulu Nərminə Mustafayeva bildirdi ki: "Bu qəbul təcrübədə bir ilkdir və qürurla qeyd etmək istəyirəm ki, bir ölkənin gücü sadəcə onun sərhədləri ilə deyil, eyni zamanda vətəndaşlarına göstərdiyi diqqət, qayğı və onların ehtiyaclarının qarşılanması və problemlərinin həll edilməsində göstərdiyi səylə ölçülür. Təbii ki, bu layihənin dünyanın başqa ölkələrində də həyata keçirilməsi nəzərdə tutulub. Digər tərəfdən sevindirici haldır ki, qardaş Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaya əsasən hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsi (kimlik) ilə gedib, gələ bilirlər. Mən bu işdə əməyi olan dövlət strukturlarımıza, əməkdaşlarına və həmçinin fəal iştirak edən vətəndaşlarımıza təşəkkür edirəm".

Onu da qeyd etmək isəyirəm ki, sənəd yeniləmək üçün gələn vətəndaşlarımızla söhbətimizdə onların əsas məmnuniyyəti həm işdən icazə almaq, həm də bilet baha olduğu üçün Azərbaycana gedib gəlmək mümkün olmadığına görə işlərinin konsulluqda asan həll edilməsində və qapalı olan inanclı qadınlar üçün xüsusi şəraitin yaradılmasındandır. İstanbulda bu gün hava şəraitinin soyuq və yağışlı olmasına baxmayaraq körpə uşaqla, əsayla, hər yaşdan vətəndaşlar qəbulda aktiv iştirak edirlər. 

Yaqut Misirxanlı,

"Şərq" qəzeti üçün İstanbuldan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
5
sherg.az

10Sources