Gəncədə 27 yaşlı gənc yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində baş verib. 1999-cu il təvəllüdlü şəhər sakini Vüqar Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb. Meyit müayinə olunmaq üçün təhvil verilib. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.