EN

Kadi Borges Sabah la CAVAB OYUNU barədə: Əylənməyə baxacağıq

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

"Səfər matçında biz heç nəyi dəyişməyəcəyik. Daha çox əylənməyə baxacağıq".

Oxu.Az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında "Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges deyib.

30 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"la 2:2 hesablı heç-heçə barədə fikirlərini bildirib:

"Biz bilirik ki, "Sabah"a qarşı oynamaq çətindir. Onların yaxşı heyəti, sistemi var. Düşünürəm ki, bu gün yaxşı oynadıq. Bir neçə şansı qaçırdım, yenə də yaxşı oyun keçirdik. Cavab görüşümüz olacaq, ona hazırlaşmalıyıq".

O, görüşün 64-cü dəqiqəsində komanda yoldaşı Kevin Medinanın kobud davranışından sonra rəqibin penalti qazandığı epizoda isə belə münasibət bildirib:

"Bu futboldur. Qərarı hakim verir, bizim əlimizdən bir şey gəlmir".

Kadi aprelin 22-də baş tutacaq cavab qarşılaşması ilə bağlı fikirlərini də bölüşüb:

"Meydanda yenidən 11-ə qarşı 11 olacağıq. Dəyişikliyə ehtiyac yoxdur. Eyni məşqləri edəcəyik. "Qarabağ" - "Sabah" görüşləri maraqlı keçir. Çempionat belə görüşləri tələb edir. Liqada belə görüşlərin olması futbolçular, klublar, inkişaf, hazırlıq üçün önəmlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
hurriyyet.az

1Sources