EN

"The New York Times" NATO üzündən lağ obyekti oldu



"The New York Times" qəzeti NATO abbreviaturasının açmasını bilmədiyinə görə lağ obyekti olub.

Belə ki, 3 aprel tarixli məqaləsinin başlığında müəllif abbreviaturanı "Şimali Atlantika Müqaviləsi Təşkilatı" kimi deyil, "Şimali Amerika Müqaviləsi Təşkilatı" kimi yazıb. Bu barədə ilk irad isə "Politico" qəzetinin redaktoru Saşa İssenberqdən gəlib və o, özünün Facebook səhifəsində bu barədə paylaşım edib.

Qəzetin ictimaiyyətlə əlaqələr şöbəsi daha sonra başlıq səhvinə münasibət bildirib və açıq-aşkar olanı etiraf etməkdən başqa çarə tapmayıb.

Məsələnin maraqlı tərəfi odur ki, səhv başlıq altında dərc olunmuş məqalədə ABŞ prezidenti Donald Trampın ölkəni NATO-dan çıxarmaqla bağlı təhdidləri barədə məlumat verilib.

SAMİRƏ

Chosen
6
50
baki-xeber.com

10Sources