Bu səhər İrandakı Buşehr Atom Elektrik Stansiyasına (AES) edilən hücumlardan sonra, personalın təxliyəsi başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.
Onun sözlərinə görə, 198 nəfər təxliyə edilib: "Planlaşdırıldığı kimi, bu gün, uğursuz hücumdan təxminən 20 dəqiqə sonra əsas təxliyə dalğasına başladıq. Avtobuslar Buşehr stansiyasından İran-Ermənistan sərhədinə doğru yola düşdü".
İranın Atom Enerjisi Təşkilatı daha əvvəl Buşehr Atom Elektrik Stansiyasının hərbi əməliyyatların başlamasından bəri dördüncü dəfə atəşə tutulduğunu bildirmişdi. Təşkilatın məlumatına görə, 4 aprel səhəri mərmi stansiyanın yaxınlığındakı hasara dəyib. Bir mühafizəçi həlak olub. Partlayış köməkçi binalardan birinə ziyan vurub. Obyektin əsas binalarına ziyan dəyməyib.
Ağarza Elçinoğlu