EN

İran Ben Qurion hava limanına hücum etdi

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İran silahlı qüvvələri İsrailin Ben-Qurion hava limanına hücum edib.

Bakıvaxtı.az İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verir ki, irimiqyaslı hücum bu gün səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib.

Bildirilib ki, yeni idarəedilmə qülləsi, 1 və 2-ci terminallardakı idarəedilmə qüllələri, naviqasiya sistemləri, eləcə də hava limanının daxilindəki antenlər və radarlar hücuma məruz qalıb.

SEPAH bəyan edib ki, hücum düşmənin hava hərəkətini idarəetmə sisteminin pozulmasına, hava əməliyyatlarının dayandırılmasına, hədəfəalmanın pozulmasına, eləcə də müşahidə və radioelektron mübarizə sistemlərinin sıradan çıxarılmasına yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
31
bakivaxti.az

10Sources