EN

Saatlıda tapılan 4 min manatdan çox pul sahibinə qaytarıldı

Bakı.Trend:

Saatlı rayonunda gecə saatlarında tapılan pul vəsaiti qısamüddətdə sahibinə qaytarılıb.

Trend-inməlumatına görə, Saatlı Rayon Polis Şöbəsinə gecə saatlarındaküçələrdən birində içərisində pul əskinazları olan paketintapılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindəndərhal müvafiq tədbirlər görülüb, aparılan araşdırmalar nəticəsindəpulu itirən şəxsin kimliyi müəyyən edilib.

Daha sonra həmin şəxs polis şöbəsinə dəvət olunaraq ona məxsuspul vəsaiti təhvil verilib.

Adının açıqlanmasını istəməyən rayon sakini bildirib ki, paketdə4000 manatdan artıq pul olub və bu vəsaiti kredit borcunu ödəməküçün toplayıb. Vətəndaş göstərilən köməkliyə görə polisəməkdaşlarına minnətdarlığını ifadə edib.

Chosen
12
50
az.trend.az

10Sources