EN

“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forum Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bu sahədə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yeni yanaşmaların müzakirəsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına diqqətin artırılması olub.

Forum iştirakçıları əvvəlcə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Forumun açılışında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış ediblər.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını, regionlarda, o cümlədən Lənkəranda bu sahənin inkişafının gənclərin məşğulluq imkanlarını genişləndirdiyini qeyd edib. Komitə sədri forumun əhəmiyyətini qeyd edərək bildirib ki, belə tədbirlər yeni ideyaların müzakirəsi və təcrübə mübadiləsi üçün vacib platformadır.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında bildirib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində peşə təhsili sistemi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu sahədə müasir yanaşmaların tətbiqi genişlənib. Nazir müavini qeyd edib ki, regionlarda peşə təhsilinin inkişafı həm iqtisadi fəallığın artırılması, həm də əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, regionlarda peşə təhsilinin inkişafı yerli iqtisadiyyatın gücləndirilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Lənkəranda bu sahəyə göstərilən diqqət gənclərin peşə bacarıqlarına yiyələnməsi üçün geniş imkanlar yaradır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb, peşə mərkəzlərinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinin və dual təhsil modelinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Tamam Cəfərova, Mehriban Vəliyeva, Elnarə Akimova, Afət Həsənova, Samir Vəliyev, Ceyhun Məmmədov və Vasif Qafarov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxış ediblər.

Çıxışlarda regionlarda ixtisaslı kadr hazırlığının gücləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi və peşə təhsilinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda regionlarda peşə təhsili sahəsində fəaliyyətlərinə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşına Milli Məclisin Elm və təhsil komitəsinin fəxri diplomu təqdim olunub.

Forum regionlarda peşə təhsilinin rolunun gücləndirilməsi, mövcud imkanların dəyərləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

“Regionlarda
Chosen
20
43
apa.az

10Sources