EN

Dünyanın üzləşdiyi böhran, Bakının xilas modeli 

“Dünya dəyişir. Daha doğrusu, uzun illər sabit görünən qlobal təhlükəsizlik sistemi gözlərimizin qarşısında çat verir. Dünyanın müxtəlif bölgələrindəki qarşıdurmalar artıq klassik beynəlxalq münasibətlər modelinin köhnəldiyini açıq göstərir. Belə bir mərhələdə dövlətlərin qarşısında duran əsas sual sadədir: yeni təhlükəsizlik modelini kim quracaq?

Bu sualın Cənubi Qafqaz və Türk dünyası üçün cavabı getdikcə daha aydın görünür-Bakı”.

Bunu Ölkə.az-a açılamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Deputat bildirib ki, Azərbaycan son illərdə yalnız milli maraqlarını qoruyan dövlət kimi yox, daha geniş coğrafiyanın siyasi sabitlik xəritəsini cızan strateji mərkəz kimi çıxış edir: “Bu artıq təkcə diplomatik uğur deyil, həm də yeni geosiyasi reallığın diktə etdiyi tarixi missiyadır.
2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıq bu prosesi daha da sürətləndirdi. Qarabağda əldə olunan tarixi Zəfər Azərbaycana yalnız ərazi bütövlüyünü qaytarmadı; eyni zamanda ona regionun siyasi gündəliyini müəyyən etmək ikanını verdi. Bu gün Cənubi Qafqazda sülh, kommunikasiya, enerji və təhlükəsizlik mövzularında son söz sahiblərindən biri məhz Bakıdır.

Azərbaycanın fərqli üstünlüyü ondadır ki, Bakı gücü yalnız hərbi amildə görmür. Burada daha mürəkkəb və daha müasir təhlükəsizlik fəlsəfəsi qurulur: iqtisadi bağlılıq, enerji inteqrasiyası, nəqliyyat dəhlizləri, diplomatik balans və strateji tərəfdaşlıq bir vahid modelin hissələrinə çevrilir.

Məhz bu modelin ən böyük siyasi platforması isə Türk Dövlətləri Təşkilatıdır. Bu zərurətin siyasi mərkəzində isə yenə Azərbaycan dayanır.

Xəzər üzərindən Qərbdən Mərkəzi Asiyaya uzanan logistika xətti, Orta Dəhlizin geosiyasi alətə çevrilməsi və Türk dünyasının Qərbə açılan əsas qapısının məhz Azərbaycan olması Bakını bu böyük inteqrasiyanın təbii liderlərindən birinə çevirir.

Əslində dünya yeni çoxqütblü düzənə keçərkən TDT üçün də yeni tarixi fürsət yaranır. Böyük güclərin rəqabətindən yorulan regionlar artıq öz təhlükəsizlik modellərini özləri qurmaq istəyirlər. Türk dünyasının kollektiv gücə çevrilməsi də məhz bu tendensiyanın məntiqi nəticəsidir.
Bu gün Bakı təkcə Azərbaycanın paytaxtı deyil. Bakı getdikcə Türk dünyasının siyasi-strateji düşüncə mərkəzinə çevrilir. Burada formalaşan xətt Cənubi Qafqazdan Mərkəzi Asiyaya, oradan isə daha geniş Avrasiya məkanına təsir göstərmək potensialına malikdir.
Zamanın ruhu dəyişib. Yeni dünya düzənində yalnız çevik düşünən, regional məsuliyyət götürən və strateji ittifaqları vaxtında quran dövlətlər önə çıxacaq. Azərbaycan da məhz bunu edir.

Bütün əlamətlər göstərir ki, yaxın illərdə Türk dünyasının kollektiv təhlükəsizlik fəlsəfəsinin siyasi nüvəsi daha da güclənəcək. Bu nüvənin döyündüyü əsas siyasi mərkəz isə şübhəsiz ki, Bakı olacaq”.

Mürtəza

Chosen
4
42
olke.az

10Sources