EN

İsveçrənin maliyyə naziri süni intellekti məhkəməyə verib

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İsveçrənin maliyyə naziri Karin Keller-Sutter ABŞ mənşəli “X” sosial media platformasının süni intellekt çatbotu Grok tərəfindən onun haqqında yayımlanan təhqiramiz ifadələrə görə hüquqi addım atıb.

Globalinfo.az bildirir ki, İsveçrə mətbuatı, xüsusilə Tamedia-nın məlumatına əsasən, Keller-Sutter internet üzərindən böhtan və təhqir səbəbilə rəsmi şəkildə şikayət verib.

Hadisə “X” platformasında kimliyi bilinməyən bir istifadəçinin Grok-dan Keller-Sutter barədə istehzalı və təhqiramiz mətn hazırlamasını istəməsi ilə başlayıb. Bildirilir ki, çatbotun yaratdığı cavabda nazirə və onun fəaliyyətinə qarşı kobud, cinsiyyətçi və söyüş xarakterli ifadələr yer alıb.

Nazirin sözçüsü Hollenştayn məsələ ilə bağlı açıqlamasında böhtan və təhqir ittihamları ilə hüquqi prosesin başladıldığını təsdiqləyib. O bildirib: “Bu cür qadın düşmənliyi nə normal, nə də qəbul edilə bilən hal kimi qiymətləndirilə bilməz.”

Bunun fonunda diqqət çəkən məqam isə ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinə, prezidentin və başqa vəzifəli şəxslərin ailə üzvlərinə qarşı açıq təhqir, hədə və etikadan kənar ifadələr səsləndirən şəxslər uzun illərdir ki, İsveçrədən fəaliyyət göstərirlər.

Aydın Aslan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
2
globalinfo.az

3Sources