EN

Azərbaycanın 8 boksçusu yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

Publika.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin boksçuları yarımfinala vəsiqə qazanıblar. 65 kiloqramda Emili Rzayeva Melissa Hamdanı (Əlcəzair) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Eve Brisonla (Avstraliya) üz-üzə gələcək.

Amin Məmmədzadə (55 kiloqram) Otabek İsmoilovdan güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinal görüşündə Mohamed Abbasa (Əlcəzair) 4:1 (30:26, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Zidan Hümbətovla döyüşəcək.

Bu çəkidə Zəlimxan Süleymanov – Nicat Hüseynov duelində birinci qələbə qazanıb – 4:0 (29:27, 30:26, 28:28, 30:26, 29:26). Süleymanov növbəti döyüşünü Timur Kabdeşova (Qazaxıstan) qarşı keçirəcək.

65 kiloqramda Zaur Qəhrəmanov komanda yoldaşı Mahmud Hüseynovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:26) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Asadbek Rajabovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Chosen
2
7
publika.az

10Sources