EN

NASA Yer kürəsindən kənarda həyatın axtarışlarını davam etdirəcək

Yer kürəsindən kənarda həyatın axtarışı NASA-nın əsas missiyalarından biri olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə NASA-nın administratoru Cared İsaakman "Politico"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, NASA mümkün həyat əlamətlərini tapmaq üçün ekzoplanetləri və onların atmosferini öyrənmək məqsədilə Ceyms Vebb Kosmik Teleskopu da daxil olmaqla, müasir kosmik cihazlardan istifadə edir.

"Yer kürəsindən kənarda həyatın axtarışı NASA-nın əsas missiyalarından biri olaraq qalır."

ABŞ kosmik agentliyinin rəhbəri qeyd edib ki, axtarışlar kosmosda ikinci həyatın olub-olmadığını öyrənməyə kömək edir.

Chosen
8
50
teleqraf.com

10Sources