EN

ABŞ-də benzinin qiyməti son dörd ildə ən yüksək səviyyəyəÇATDI

ABŞ-də benzinin orta qiyməti bir qallon (təxminən 3.8 litr) üçün 4.1 dolları keçərək tarixdə ikinci ən yüksək göstəriciyə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Avtomobil Assosiasiyası məlumat yayıb.

Məlumata görə, benzin qiyməti son sutkada daha iki sent artaraq 4.104 dollara, dizel isə 5.58 dollara yüksəlib. Kaliforniya ştatında isə benzin orta hesabla 5.9 dollara satılır.

Təxminən 20 ştatda qiymət 4 dollardan yuxarıdır. ABŞ tarixində yalnız bir dəfə - 2022-ci ilin mayında bütün ştatlarda bu hədd keçilib, daha sonra isə iyunda qiymət 5 dollardan yuxarı qalxaraq rekord həddə çatıb.

2008-ci ilin iyulunda neftin qiymətinin kəskin artması fonunda benzinin qiyməti 4.1 dollardan bir qədər çox olmuşdu. Hazırkı göstərici həmin səviyyəni keçərək tarixdə ikinci ən yüksək qiymət kimi qeydə alınıb.

Benzin qiymətlərinin artımı Yaxın Şərqdəki gərginlik fonunda bir çox ölkədə müşahidə olunur. Münaqişənin kəskinləşməsi səbəbindən Hörmüz boğazı vasitəsilə gəmiçilik demək olar ki, dayanıb. Bu marşrut dünya üzrə neft, neft məhsulları və mayeləşdirilmiş qaz tədarükünün təxminən 20%-ni təşkil edir.

Chosen
16
50
redaktor.az

10Sources