Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkədəki nüvə elektrik stansiyalarına hücumları ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasının (TŞ) üzv dövlətlərinə rəsmi məktub göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Əraqçi məktubunda xüsusilə Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, dinc məqsədlərə xidmət edən nüvə obyektlərinə edilən hücumların insan sağlamlığı və ətraf mühit üçün ciddi risk yaratdığını bildirib.
Nazir həmçinin məktubda vurğulayıb ki, son doqquz ay ərzində ABŞ və İsrailin hücumları İranı “müharibəyə məcbur etmə cəhdi” olaraq qiymətləndirilir və bu hücumlar beynəlxalq qanunlara ziddir.
Əraqçi BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bu hücumların qarşısını almaq üçün kifayət qədər tədbir görmədiyini deyib.
Məktubda həmçinin ABŞ rəsmilərinin Buşehr stansiyasına hücumları normallaşdırmağa çalışdığı və bunun BMT və BAEA-nın etibarlılığına xələl gətirdiyi qeyd olunub. Əraqçi məktubun surətini BAEA-nın baş direktoru Rafael Mariano Qrossiyə də göndərib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.