EN

Yer kürəsi 54 il fərqlə... Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

NASA kosmosdan Yer kürəsinin möhtəşəm görünüşünü əks etdirən yeni fotolar yayımlayıb və onu 1972-ci ildə çəkilmiş tarixi görüntü ilə müqayisə edib.

“Qafqazinfo” xəbər verir ki, kosmik agentliyin paylaşımında “Apollo 17” missiyasının heyəti tərəfindən çəkilmiş məşhur Yer fotosu ilə 2026-cı ildə “Artemis II” astronavtlarının çəkdiyi yeni görüntü yanaşı təqdim olunub.

“Son 54 ildə çox yol qət etmişik, amma bir şey dəyişməyib: evimiz kosmosdan möhtəşəm görünür!”, - NASA-nın paylaşımında vurğulanıb.

Qeyd edək ki, “Artemis II” missiyası çərçivəsində dörd astronavt Ay ətrafında təxminən 10 günlük səyahətə göndərilib. Bu missiya NASA-nın Ay proqramında növbəti mühüm mərhələ hesab olunur və gələcək Ay enişləri üçün hazırlıq rolunu oynayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
13
qafqazinfo.az

10Sources