EN

İsfahanda güclü partlayışlar baş verdi

BAKI, 5 aprel. TELEQRAF

İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində bir neçə ərazidə güclü partlayışlar qeydə alınıb, şəhərə kütləvi hava zərbələri endirildiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayışlar ölkənin ən böyük şəhərlərindən biri olan İsfahanın müxtəlif rayonlarında baş verir.

Telekanalın iddiasına əsasən, şəhərdəki bir sıra obyektlərə ABŞ və İsrail qüvvələri tərəfindən genişmiqyaslı hava zərbələri endirilir.

Chosen
20
18
teleqraf.com

10Sources