EN

İngiltərə Kuboku: “Çelsi” darmadağınla yarımfinalda, “Arsenal” mübarizəni dayandırıb

Bakı, 5 aprel, AZƏRTAC

Futbol üzrə İngiltərə Kubokunda daha iki yarımfinalçı məlum olub.

AZƏRTAC xəbər verir ki, "Çelsi" və “Sauthempton” adını növbəti mərhələyə yazdırıb.

“Çelsi” 1/4 finalda “Port Veyl” komandasını 7:0 hesabı ilə darmadağın edib. Çempionşip təmsilçisi “Sauthempton” isə Premyer Liqanın lideri “Arsenal”a 2:1 hesabı ilə qalib gələrək sensasiyaya imza atıb.

Qeyd edək ki, bu raundun ilk oyununda “Mançester Siti” "Liverpul"u 4 cavabsız qolla məğlub edərək yarımfinala adlayıb. 1/4 finalın son matçı bu gün “Vest Hem”lə “Lids Yunayted” arasında keçiriləcək.

Chosen
10
11
azertag.az

10Sources