EN

İraqda neft anbarına dron ilə hücum həyata keçirilib

Bakı. Trend:

İraqın İranla həmsərhəd olan Maysan əyalətində yerləşən“Buzurqan” yatağında neft anbarına dron hücumu olub.

Trend xəbər verir ki, bubarədə İraq Neft Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum bir neçə dronun iştirakı ilə həyatakeçirilib. İlkin məlumatlara görə, hücum nəticəsində insan tələfatıolmayıb.

Nazirlik neft anbarına dəyən ziyan barədə açıqlama verməyib.

Chosen
27
40
az.trend.az

10Sources