BAKI, 5 aprel. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidanla suriyalı həmkarı Əsəd Hasan Şeybani arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə "Haber Global" Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, nazirlər danışıq zamanı ikitərəfli münasibətləri müzakirə ediblər. Söhbət zamanı həmçinin regionda davam edən müharibəyə də diqqət çəkilib.