EN

Beş Aİ ölkəsi enerji şirkətlərinin fövqəladə gəlirlərinə vergi tətbiqini təklif edib

ain.az, Apa.az saytına istinadən bildirir.

Avropa İttifaqında enerji qiymətlərinin artması fonunda yeni vergi təşəbbüsü irəli sürülüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriyanın maliyyə nazirləri Avropa Komissiyasına ünvanladıqları məktubda enerji şirkətlərinin fövqəladə gəlirlərinə vergi tətbiq edilməsinə çağırış ediblər.

Nazirlər bildiriblər ki, bu addım həm birlik nümayişi olacaq, həm də müharibənin nəticələrindən qazanc əldə edənlərin cəmiyyətə töhfə verməsini təmin edəcək.

Qeyd olunub ki, təşəbbüs 2022-ci ildə tətbiq edilən oxşar fövqəladə vergi mexanizminə əsaslana bilər.Bununla yanaşı, verginin konkret səviyyəsi və hansı şirkətləri əhatə edəcəyi hələ açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
50
apa.az

10Sources