EN

Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” “Neftçi”ni qəbul edir

BAKI, 5 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.

Əvvəlcə “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşü Vüqar Həsənli idarə edəcək. Hazırda Azər Bağırovun komandası 21 xalla turnir cədvəlinin 10-cu, Kaxaber Tsxadadzenin kollektivi isə 16 xalla 11-ci pilləsində qərarlaşıb.

Günün növbəti matçında isə “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Oyunun baş hakimi Kamal Umudlu olacaq. Hazırda “kimyaçılar” 32 xalla turnir cədvəlinin 7-ci, “ağ-qaralar” isə 37 xalla 6-cı pilləsində yer alır.

Azərbaycan Premyer Liqası
XXVI tur
5 aprel

15:30. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.

Chosen
20
12
teleqraf.com

10Sources