EN

Kəpəz Qəbələ ni qonaq edir

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təxminən 2 həftəlik fasilədən sonra bu gün Misli Premyer Liqasında 26-cı tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

"Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edir. Hazırda aktivində 21 xal olan "sarı-göylər" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" isə 16 xalla 11-cidir. Azər Bağırovun yetirmələri bu gün də meydandan 3 xalla ayrılacağı təqdirdə təhlükəli zondan bir qədər də uzaqlaşa, hətta "İmişli"ni də geridə qoya bilər.

Qeyd edək ki, cari mövsümdə bu komandalar arasındakı ilk iki oyunda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə "Kəpəz" (1:0), ikinci dövrədə isə "Qəbələ" (3:1) qələbə qazanıb. 

Misli Premyer Liqası

III dövrə, XXVI tur

15:30. "Kəpəz" - "Qəbələ"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran ƏliyevVAR: Elvin BayramovAVAR: İnqilab MəmmədovHakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Məmmədəli MəmmədovYevlax. Şəhər stadionu. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
3
sport24.az

10Sources