EN

İran İsrailin hərbi komandanlıq mərkəzini vurdu...



İranın çoxbaşlıqlı raketlərdən istifadə edərək həyata keçirdiyi genişmiqyaslı cavab əməliyyatında raketlərin İsrailin hərbi komandanlıq mərkəzinin birbaşa yaxınlığına düşdüyü ortaya çıxıb.

"Yedioth Ahronoth" qəzeti İranın çoxbaşlıqlı raketlərindən iki döyüş başlığının Müdafiə Nazirliyinin Kirya (İsrailin "Pentaqonu" kimi tanınan əsas hərbi kompleksi) kompleksinə çox yaxın düşdüyünü bildirib. İsrail Ordusu Radiosu isə hücumun miqyası ilə bağlı daha konkret məlumat paylaşaraq, raket başlıqlarının birbaşa Kiryaya bitişik dayanacağa vurduğunu və əraziyə ciddi ziyan dəydiyini iddia edib.

İsrailin mərkəzinə edilən bu hücumdan sonra ölkədə ciddi hərbi senzura mexanizmi tətbiq edilib. Ordu İran raketlərinin vurduğu hərbi və strateji ərazilərlə bağlı hər hansı bir xəbərin və ya görüntünün paylaşılması yasaqlayıb.

Hücumlar haqqında ətraflı məlumat İsrail hərbi senzura bölməsi tərəfindən icazə verilmədikcə paylaşıla bilməz. Lakin raket parçalarının Kirya kimi yüksək təhlükəsizliyə malik bir kompleksin yaxınlığında düşməsi İranın çoxbaşlı raketlərinin İsrail hava hücumundan müdafiə sistemlərini dəf etmək qabiliyyəti ilə bağlı ciddi suallar doğurur.

Tahir TAĞIYEV

Chosen
25
50
baki-xeber.com

10Sources