EN

Ancelina Colinin qızı aktrisa kimi debüt edib

Hollivud ulduzu Ancelina Colinin qızı Şaylo Coli WJSN qrupunun üzvü olan Cənubi Koreya müğənnisi Dayonun "What's a Girl to Do" mahnısının klipində çəkilib.

Redaktor.az snob.ru-ya istinadən xəbər verir ki, videoçarxın tizeri "Starship Entertainment" agentliyi tərəfindən yayımlanıb.

Agentlikdən bildirilib ki, çəkilişlər üçün aktyorlar ABŞ-də açıq kastinq yolu ilə seçilib.

Şaylo "Culture" rəqs qrupu ilə əlaqəli bir neçə iştirakçı ilə birgə final mərhələsini keçərək layihəyə qoşulub. Qeyd olunub ki, qrup onun məşhur aktyorların ailəsindən olduğunu sonradan öyrənib.

Qeyd edək ki, Şaylo Ancelina Coli və Bred Pittin qızıdır. 2024-cü ildə o, soyadının dəyişdirilməsi üçün ərizə verərək Coli soyadından istifadə etməyə başlayıb.

Chosen
13
17
redaktor.az

10Sources