EN

İran dronu Küveytin Maliyyə Nazirliyinin binasına dəydi - VİDEO

Əl-Küveyt şəhərində yerləşən nazirliklər kompleksinin binası İran  dronunun hücumuna məruz qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Küveytin Maliyyə Nazirliyi yayıb.

Hücum nəticəsində binaya ziyan dəyib, lakin xəsarət alan olmayıb. 
 

Reuters-in məlumatına görə, Küveytdə ayrıca iki enerji və su duzsuzlaşdırma obyektinə də zərbə endirilib. Hücumdan sonra həmin obyektlərdə ciddi maddi ziyan qeydə alınıb və iki enerji istehsalı qurğusu istismardan çıxarılıb. Küveyt rəsmiləri bu səbəbdən bəzi enerji və su təchizatının dayandırıldığını bildiriblər.


Son günlər Küveyt İranın dron hücumlarına bir neçə dəfə məruz qalıb. Reuters daha əvvəl yazmışdı ki, martın sonunda enerji və su duzsuzlaşdırma zavoduna hücum nəticəsində bir Hindistan vətəndaşı həlak olub, aprelin 1-də isə Küveyt hava limanındakı yanacaq çənlərinə dron zərbəsi endirilmişdi.


Bizim.Media

Chosen
25
1
bizim.media

2Sources