EN

“Barselona” “Atletiko”nu məğlub etdi, “Real”la xal fərqini artırdı – Video


İspaniya çempionatının 30-cu turunda lider “Barselona” səfərdə “Atletiko Madrid”in qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, görüş kataloniyalıların 1:2 hesablı qələbəi ilə başa çatıb.
İlk qolu 39-cu dəqiqədə “Atletiko”nun argentinalı hücumçusu Culiano Simyone vurub. 3 dəqiqə sonra, 42-ci dəqiqədə isə ingilis hücumçusu Markus Reşford “Barselona”nın bərabərliyini bərpa edib.
İlk hissənin əlavə vaxtının 7-ci dəqiqəsində “Atletiko”nun argentinalı yarımmüdafiəçisi Nikolas Qonsales qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Kataloniya komandasının qələbə qolunu 87-ci dəqiqədə polşalı hücumçu Robert Levandovski vurub.
Qeyd edək ki, “Barselona” 76 xalla turnir cədvəlinə başçılıq edir və ikinci yerdəki “Real Madrid”dən yeddi xal qabaqdadır. “Atletiko Madrid” isə 57 xalla dördüncü yerdə qərarlaşıb.
Chosen
17
50
yeniavaz.com

10Sources