EN

ABŞ vurulan qırıcının hər iki heyət üzvünü İrandan sağ çıxardı – Tramp təsdiqlədi


Amerika xüsusi təyinatlıları axtarış əməliyyatı zamanı İran üzərində vurulan F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünü də xilas ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, xüsusi təyinatlı qüvvələr Hərbi Hava Qüvvələrinin dəstəyi ilə fəaliyyət göstərib.
Portal yazır ki, artıq bütün ABŞ qüvvələri İran ərazisindən çıxarılıb.
ABŞ Prezidenti Donald Tramp da əməliyyatı təsdiqləyib.
“Biz ona çatdıq! Mən sizə onun sağlam olduğunu bildirməkdən çox məmnunam”, - deyə Tramp sosial media hesabında yazıb.
Qeyd edək ki, iki nəfərlik F-15E qırıcı təyyarəsi aprelin 3-də İran ərazisi üzərində vurulub. Hər iki heyət üzvü – pilot və şturman katapult etdikdən sonra bir-biri ilə əlaqə saxlaya biliblər. Pilot təyyarənin düşməsindən bir neçə saat sonra xilas edilib.
Chosen
22
2
yeniavaz.com

10Sources