EN

“O dərəcədə paslanmamışam” - Ruslan Əmircanov yaşıl meydana döndü

Üç mövsümdü karyerasını bitirən Ruslan Əmircanov yenidən yaşıl meydana qayıdıb. 41 yaşlı futbolçu Region liqasında çıxış edən “Zəngəzur”un şərəfini qoruyur.Maraqlıdı, həm də məşqçi kimi fəaliyyət göstərən Əmircanovu futbol oynamağa nə vadar etdi? Həmçinin komanda 2-ci liqaya yüksəlsə, karyerasını davam etdirəcəkmi? Veteran futbolçunun “Football-plus.az”a cavabı: “Hələ bir az gücüm var, qaça bilirəm. Region liqasıdı, həvəskar liqadı. Dəvət elədilər ki, “Ruslan müəllim, sizin təcrübənizə ehtiyacımız var, kömək edə bilərsiz?” Mən də dedim ki, “hə, niyə eləmirəm?” Əslində futbol üçün darıxmışam. Nə olsa da, uzaq qala bilmirsən. Oynaya bilirəm, o dərəcədə paslanmamışam (gülür). 2-ci liqa daha peşəkar liqa sayılır. “Araz-Naxşıvan”da məşqçiyəm, mənim üçün prioritet budu. Futbolçu kimi daimi oynamaq planım yoxdu. Amma nə vaxt lazım olsa, gedib kömək edəcəm. Çünki işimə mane törətmir. “Zəngəzur” da çempion olmaq istəyir. 2-ci liqaya yüksəlsələr, oynamaq planım yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ

Chosen
46
1
football-plus.az

2Sources