EN

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

BAKI, 5 aprel. TELEQRAF

Tbilisi məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovu cərimələyib və Gürcüstan ərazisindən çıxarılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

DİN-in məlumatına görə, Ə.Sadıqov sosial şəbəkələrdə polis əməkdaşını təhqir etdiyi üçün saxlanılıb. Məhkəmə qərar çıxararkən jurnalistin əvvəllər 62 dəfə inzibati qanunvericiliyi pozması faktını da nəzərə alıb. Qərara əsasən, o, cərimələnib və Gürcüstana girişi 3 il müddətinə qadağan edilməklə ölkədən deportasiya olunub.

Xatırladaq ki, Azərbaycan jurnalisti 2024-cü ilin sentyabr ayından axtarışa vermişdi. Lakin 2025-ci ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun Azərbaycana ekstradisiya edilməsinə qadağa qoymuşdu.

Gürcüstan DİN-in son bəyanatında bildirilir ki, bir neçə gün əvvəl Azərbaycan Prokurorluğu Əfqan Sadıqov barəsindəki cinayət təqibinə xitam verib. Bu səbəbdən ekstradisiya prosedurları dayandırılıb və jurnalist Azərbaycana deportasiya edilib.

Chosen
50
3
teleqraf.com

4Sources