EN

Tramp ordunun uğurunu elan etdi: İrandan təkzib gəldi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ ordusunun vurulan F-15 qırıcı təyyarəsinin ikinci pilotunu xilas etmək əməliyyatı uğursuz olub”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Xatəm əl-Ənbiya Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.

“İki “Black Hawk” helikopteri və bir C-130 hərbi nəqliyyat təyyarəsi də daxil olmaqla düşmənin hava hədəfləri İsfahanın cənubunda vurulub”, – deyə o bildirib.

Əlavə edilib ki, zərbələrdən sonra ABŞ Silahlı Qüvvələrinin texnikası alovlanıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti axtarış-xilasetmə əməliyyatının uğurla başa çatdığını elan etmişdi.

O, ikinci pilotun İran dağlarında cəbhə xəttində olduğunu bildirmişdi. Ağ Ev sakini vurğulamışdı ki, amerikalı əsgər yaralanıb.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
globalinfo.az

1Sources