EN

Nəriman Axundzadə MLS-də ilk qələbəsinə sevindi – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində səfərdə “Atalanta Yunayted”lə qarşılaşıb.

Dörd qolun qeydə alındığı oyun Ohayo təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:1. Bu, sözügedən komandanın cari mövsümdəki ilk qələbəsi olub. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 90-cı dəqiqəsində meydana buraxılıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 6 oyundan sonra 5 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Nərimanın komandası 6 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 2 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
46
12
arena.az

10Sources