EN

Almaniyada kişilərə xaricə çıxış üçün ordu icazəsi tələbi gəldi

Almaniyada 17–45 yaş arasındakı kişilərin 3 aydan artıq xaricdə qalması üçün Almaniya Silahlı Qüvvələri (Bundesver)ndan icazə almaları ilə bağlı yeni qayda qüvvəyə minib.Metbuat.az xəbər verir ki, yanvarın 1-dən tətbiq olunan bu dəyişiklik ölkədə geniş müzakirələrə səbəb olub. "Frankfurter Rundschau" nəşrinin yazdığına görə, sözügedən tələb Askerlik Xidməti Modernizasiya Qanunu çərçivəsində qəbul edilib. Qanunun 3-cü maddəsində qeyd olunur ki, 17 yaşını tamamlamış kişilər 3 aydan artıq müddətə ölkədən çıxmaq istədikdə Bundesverin müvafiq karyera mərkəzindən icazə almalıdır.Bu qayda xaricdə təhsil almaq istəyənləri, başqa ölkədə işləməyə gedənləri, uzunmüddətli səyahət planlaşdıranları əhatə edir.Qanunda həmçinin bildirilir ki, əgər şəxs hərbi xidmətə çağırılmayıbsa, prinsip etibarilə bu icazə verilməlidir. Yəni müraciətin rədd olunması nəzərdə tutulmur, lakin icazə almaq məcburidir.NTV kanalının Almaniya Müdafiə Nazirliyi sözçüsünə istinadən yaydığı məlumata görə, ölkədə hərbi xidmət hələ də könüllülük prinsipi əsasında qalır və bu səbəbdən icazələrin verilməsi əsas qayda kimi qəbul olunur.Nazirlik bildirib ki, fövqəladə hallarda ölkədən kənarda olan şəxslər barədə məlumatlı olmaq vacibdir. Bununla yanaşı, artıq bürokratiyanı azaltmaq məqsədilə bu icazə tələbinə müəyyən istisnaların tətbiqi üzərində iş aparılır.

Qeyd olunub ki, icazə alınmadan ölkədən uzun müddətə çıxan şəxslərin hansı məsuliyyətlə üzləşəcəyi hələlik açıqlanmayıb.

Chosen
43
12
metbuat.az

10Sources