EN

Kevin De Bruyne Luka Modriç barədə elə sözlər dedi ki...

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne "Milan"ın futbolçusu Luka Modriç haqqında yüksək fikirlər səsləndirib. Sport24.az xəbər verir ki, belçikalı oyunçu bu barədə "La Gazetta dello Sport"a açıqlama verib.

O, Modriçin dünya futbolunun ən güclü yarımmüdafiəçilərindən biri olduğunu deyib:

"Modriçlə dəfələrlə meydanda qarşılaşmışam və ünsiyyətdə olmuşam. O, futbol tarixinin ən yaxşılarından biridir və top səviyyəli futbolçudur. Onu çox yaxşı tanıyıram. Dəfələrlə qarşı-qarşıya oynamışıq və tez-tez söhbət etmişik. Məncə, o, tarixdə ən yaxşı yarımmüdafiəçilərdən biridir. Möhtəşəm oyunçudur".

Qeyd edək ki. "Napoli" İtaliya A Seriyasının 31-ci turunda "Milan"ı qəbul edəcək. Neapol təmsilçisi hazırda turnir cədvəlinin 3-cü, "Milan" isə 2-ci pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
sport24.az

1Sources