EN

Fabreqas İtaliyanın "ən yaxşı"sı oldu

İtaliya A Seriyasında mart ayının ən yaxşı məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Ötən ayın ən yaxşısı “Komo”nun baş məşqçisi Sesk Fabreqas olub. 38 yaşlı ispan məşqçinin komandası mart ayında 3 oyun keçirib və hamısında qələbə qazanıb. “Komo” “Kalyari”yə (2:1), “Roma”ya (2:1) və “Piza”ya (5:0) qalib gəlib.

30 turdan sonra “Komo” 57 xal toplayıb və turnir cədvəlində dördüncü yerdədir. Fabreqasın komandası 6 apreldə A Seriyasının 31-ci turunda səfərdə "Udineze" ilə qarşılaşacaq.

Chosen
12
fanat.az

1Sources