Bu prospektdəki tuneldən yağış suları çəkildi - Video
Bakının əsas magistrallardan biri olan Heydər Əliyev prospektində yağıntılar nəticəsində yaranmış su yığıntısı aradan qaldırılıb.BUTA.TV xəbər verir ki, prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsində yerləşən tunelin kənarındakı yağış xəttinə xüsusi nasos aqreqatı quraşdırılıb. Görülmüş operativ tədbirlər nəticəsində tuneldə toplanmış suyun həcmi qısa müddət ərzində ərazidən təxliyə edilib.