EN

Füzuli şəhərində 3 min yeni iş yeri yaradılıb - VİDEO

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Füzuli şəhərində yaradılan 3000 yeni iş yeri ölkəmizin güclü iqtisadi potensialının və davamlı inkişafının bariz nümunəsidir. 

Qoy doğma yurdlarımızda qurulan bu yeni həyat daim firavanlıq, sabitlik və əmin-amanlıqla müşayiət olunsun, gələcəyimiz daha da parlaq olsun", - paylaşımda bildirilib.


Bizim.Media

Chosen
1
17
bizim.media

10Sources