EN

Maldini İtaliya Futbol Federasiyasının prezidenti ola bilər

İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldini İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti ola bilər.

Azreform.info xəbər verir ki, bu barədə La Stampa nəşri məlumat yayıb.

O, bu posta bu yaxınlarda DÇ-2026-nın finalına vəsiqə qazanmadıqları üçün istefa verən Qabriyele Qravinanın yerinə təyin oluna bilər. Seçkilər iyunun 22-nə planlaşdırılıb. Namizədlər səsvermədən 40 gün əvvəl rəsmi şəkildə qeydiyyatdan keçməlidirlər.

Maldini 2018–2019-cu illərdə yığmanın inkişaf üzrə direktoru, daha sonra isə texniki direktoru olub. O, 2023-cü ilin iyununda bu vəzifədən ayrılıb.

Qeyd edək ki, Maldini futbolçu karyerasını rekord göstəricilərlə başa vurub. O, A Seriyasında 647 oyun keçirib ki, bu da mütləq rekorddur. “Milan”ın heyətində yeddi dəfə İtaliya çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. Həmçinin beş dəfə İtaliya Superkuboku, UEFA Çempionlar Liqası və UEFA Superkubokunun qalibi adını qazanıb. İtaliya millisinin tərkibində isə Avropa və dünya çempionatlarının gümüş və bürünc mükafatçısı olub.

Chosen
2
2
azreform.info

3Sources