EN

“Yaxın Şərq fonunda Ukraynaya diqqət azalır və risklər artır“ Vladimir Zelenski

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezidentin xəbərdarlığı, HHM çatışmazlığı və Rusiyanın yeni strategiyası..."

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, İran ətrafında uzanan münaqişə ABŞ-ın diqqətini Ukraynadan yayındırır. 

Moderator.az xəbər verir ki, bu barədə "glavred.info" nəşri yazıb.

Ukrayna prioritetdən kənarlaşır

Zelenskinin sözlərinə görə, qlobal gündəmin dəyişməsi artıq Ukraynaya göstərilən hərbi yardımın həcminə birbaşa təsir edir. Xüsusilə də ölkənin müdafiəsi üçün həyati əhəmiyyət daşıyan "Patriot" HHM sistemlərinin çatışmazlığı riski getdikcə artır.

Prezident açıq şəkildə etiraf edib ki, Ukrayna əvvəlki kimi əsas prioritet deyil. Onun fikrincə, Yaxın Şərqdəki münaqişə uzandıqca, mövcud yardım paketləri belə azala bilər və bu, Ukraynanın müdafiə qabiliyyətinə ciddi təsir göstərə bilər.

Rusiya HHM-ni tükəndirməyə çalışır

"The Sunday Times" yazır ki, Rusiya son həftələrdə hücum taktikasını dəyişərək daha uzunmüddətli və intensiv dron zərbələrinə üstünlük verir. Bu hücumlar artıq yalnız gecə deyil, gündüz saatlarında da həyata keçirilir və bəzən saatlarla, hətta sutkaya yaxın davam edir.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirir ki, bu strategiyanın əsas məqsədi Ukraynanın HHM sistemlərini, xüsusilə də çox bahalı "Patriot" raketlərini tükəndirməkdir. 

Bundan əlavə, Rusiya imitasiyaedici dronlardan da geniş istifadə edir - bu aparatların vəzifəsi HHM sistemlərini yükləmək və real hədəflər üçün müdafiəni zəiflətməkdir.

İqnatın sözlərinə görə, artıq "Patriot" raket ehtiyatları kritik həddə yaxınlaşır.

Müharibə Rusiyaya iqtisadi üstünlük verir

Zelenski qeyd edib ki, Yaxın Şərqdəki gərginlik təkcə hərbi deyil, həm də iqtisadi baxımdan Rusiyanın xeyrinə işləyir. Neft qiymətlərinin artması, xüsusilə Hörmüz boğazı ətrafındakı risklər səbəbindən, Moskvanın gəlirlərini artırır və bu da müharibəni davam etdirmək imkanlarını genişləndirir.

Bu şəraitdə Ukrayna beynəlxalq diqqəti qorumaq üçün yeni yanaşmalar axtarır. Kiyev müttəfiqlərə öz hərbi təcrübəsini, xüsusilə dronlara qarşı mübarizə texnologiyalarını bölüşməyi təklif edir və bunun müqabilində əlavə müdafiə vasitələri əldə etməyə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
moderator.az

2Sources