EN

"ABŞ-ın xilasetmə qrupu məhv edildi": İbrahim Zülfiqaridən şok iddia

İranın "Həzrət Xatəm əl-Ənbiya" mərkəzi komandanlığının sözçüsü İbrahim Zülfiqari ABŞ ordusunun vurulmuş qırıcı pilotunu xilas etmək üçün həyata keçirdiyi əməliyyatın "tamamilə uğursuzluğa düçar olduğunu" bəyan edib.

Musavat.com
xəbər verir ki, Zülfiqari ABŞ-ın iki "C-130" hərbi-nəqliyyat təyyarəsinin və iki "Black Hawk" helikopterinin "İslam döyüşçülərinin müqəddəs qəzəbi" nəticəsində məhv edildiyini iddia edib. Onun sözlərinə görə, Amerika ordusunun elit xilasetmə bölmələri İran hava məkanına daxil olarkən güclü atəşlə qarşılaşıb və ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qalıblar. "İranın Konaşenkovu" kimi tanınan Zülfiqarinin bu açıqlaması "Fars" agentliyi tərəfindən geniş tirajlansa da, Pentaqon hələlik nə "C-130" təyyarələrinin, nə də helikopterlərin itirilməsini təsdiqləyib.

Qeyd olunur ki,  pilotun taleyi ətrafında gedən bu informasiya savaşı tərəflərin psixoloji üstünlük qazanmaq cəhdidir. Əgər Zülfiqarinin dediyi itkilər rəsmən təsdiqlənərsə, bu, ABŞ hərbi aviasiyasının bir gündə verdiyi ən böyük itkilərdən biri kimi tarixə düşəcək. Hazırda bölgədə gərginlik pik həddədir və ABŞ-ın bu "uğursuzluğa" daha sərt cavab verəcəyi gözlənilir.

Musavat.com

Chosen
65
50
musavat.com

10Sources