EN

Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Hazırda Heydər Əliyev prospektində işlər görülür.

Bu barədə Musavat.com-a ADSEA-dan məlumat verilib.

Məlumata görə, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Chosen
23
8
musavat.com

9Sources