EN

Yevlaxda azyaşlı uşağı cərəyan vurub

Yevlaxda azyaşlı uşağı cərəyan vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, ilkin məlumata görəhadisə dəmir yolu vağzalı ərazisində qeydə alınıb. Azyaşlı uşaq dayanmış vəziyyətdə olan yük vaqonunun üzərinə çıxıb və bu zaman onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Ağır vəziyyətdə olan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etmək üçün zəruri tədbirlər görürlər.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
26
1
teleqraf.com

2Sources